Moskvada fahişələrin müəmmalı qətli - Qadınlar nə səbəbə öldürülüb?
Moskvada fahişələrin qətlində şübhəli bilinən Aleksey Varakinin qurbanı ola biləcək ikinci qızın şəxsiyyətini müəyyənləşdirilib.
BAKU.WS bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Nəşrin məlumatına görə, ölən şəxs Olqa adlı qadın olub.
Onun haqqında sosial şəbəkələrdə məlumatlar yayılıb. Qadının bir neçə dəfə evli olduğunu yazıblar. Bİldirilir ki, qadının gənc övladı vəfat edib.
Bildirilir ki, Varakin Olqanı intim xidmətlər göstərməsi üçün işə götürüb. Bu məqsədlə o, Narodnı prospektindəki otellərdən birində otaq icarəyə götürüb. Hadisə baş verən zaman qadınla orada mübahisə edib və onu qətlə yetirib.
Nəşrin məlumatına görə, bir gün sonra o, saxlanıldığı Mukomolnıy Proezddəki kirayə mənzildə başqa bir qızı bıçaqlayaraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
17 yaşlı əlcəzairlinin qətli - Fransada davam edən irqçi cinayət - ŞƏRH
Bəziləri Fransada baş verən qanun pozuntularını, özbaşınalığı demokratiya və s. kimi dəyərləndirməyə səy göstərirlər. Ancaq bu ölkənin keçmişi də, indiki vəziyy...