Moskva yaxınlığındakı Fryazin şəhərində baş verən yanğında ölənlərin sayı artıb - VİDEO

Moskva yaxınlığındakı Fryazin şəhərində baş verən yanğında ölənlərin sayı artıb - VİDEO
Video
Siyasət 61

Moskva yaxınlığındakı Fryazinoda inzibati binada baş verən yanğında ölənlərin sayı 6 nəfərə çatıb.

BAKU.WS “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə hallar xidmətindən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın yerində daha 2 nəfərin cəsədi aşkar edilib.

“Dörd qurbanın cəsədi səhər saatlarında binanın yeddinci mərtəbəsində tapılıb”, - agentliyin mənbəsi bildirib.

Bundan əvvəl Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Moskva yaxınlığındakı Fryazinoda baş verən partlayışların səbəbinin oksigen balonları olduğunu bildirmişdi.

Qeyd edək ki, Yanan binada Platan Tədqiqat İnstitutu yerləşirdi. Ruselectronics holdinqi bəyan edib ki, 1990-cı illərin sonunda obyekt şəxsi mülkiyyətə keçib və uzun müddətdir nə elmi-tədqiqat institutu, nə də müdafiə sənayesi ilə əlaqəsi yoxdur.

Son xəbərlər