Moldovanın energetika naziri Dorin Junqietu Azərbaycana səfər edəcək

Moldovanın energetika naziri Dorin Junqietu Azərbaycana səfər edəcək
Siyasət 16

Azərbaycan və Moldova arasında energetika sahəsində əməkdaşlıq ikitərəfli gündəliyin prioritetidir.

BAKU.WS xəbər verir ki, bu barədə report-a açıqlamasında Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko bildirib.

"Energetika şübhəsiz ki, ikitərəfli gündəliyimizin prioritetidir və Energetika Nazirliyi rəhbərliyinin Cənub Qaz Dəhlizi (SGC) üzrə iclaslarda müntəzəm iştirakı da bunun təsdiqidir", - o qeyd edib.

Diplomat vurğulayıb ki, Moldova iyun ayında keçiriləcək Bakı Enerji Həftəsində energetika naziri Dorin Junqietu səviyyəsində təmsil olunacaq: "Belə sıx təmaslar şübhəsiz ki, energetika sahəsində ikitərəfli əməkdaşlığa xüsusi təkan verir. Azərbaycan energetika sahəsində əməkdaşlığının möhkəmləndirilməsi məsələlərində etibar edilə biləcək tərəfdaşdır".

Səfirin sözlərinə görə, Yaxın Şərqdəki vəziyyəti nəzərə alaraq Azərbaycanla energetika sahəsində əməkdaşlıq sabit xarakter daşıyır.

Diplomat əlavə edib ki, Azərbaycan nəinki regional, hətta beynəlxalq səviyyədə də enerji təhlükəsizliyinin getdikcə daha vacib iştirakçısına çevrilir.

Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.

Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Son xəbərlər