MN: "Üç gün ərzində Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası keçiriləcək"

MN: Üç gün ərzində Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası keçiriləcək
Siyasət 75

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi mayın 4-dən 7-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Son xəbərlər