MN: Ordumuzun Tağaverd istiqamətində atəş açması yalandır

MN: Ordumuzun Tağaverd istiqamətində atəş açması yalandır
Siyasət 122

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində atəş açması barədə məlumatlara münasibət bildirib.

Nazirliyindən BAKU.WS-ə bildirilib ki, ermənilərin yaydıqları bu informasiyalar həqiqəti əks etdirmir.

"Erməni sosial şəbəkələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində guya atəşin açılması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır", - MN-dən qeyd olunub.

Son xəbərlər