MN-in Şəxsi Heyət Baş İdarəsində ilin yekunlarına dair toplantı keçirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən dekabrın 27-də Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində 2022-ci ilin yekunlarına dair toplantı keçirilib.
Nazirlikdən BAKU.WS-ə a bildirilib ki, toplantıda Azərbaycan Ordusunda aparılan islahatlar nəticəsində qoşunların peşəkar kadrlarla komplektləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və digər sahələrdə əldə edilən nailiyyətlər barədə məruzələr dinlənilib.
Müdafiə nazirinin növbəti ildə şəxsi heyətin qarşısında qoyduğu tapşırıqlar aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırılıb.
Sonda cari ilin yekununa əsasən hərbi xidmətdə fərqlənən hərbi qulluqçular təltif olunublar.
Qalereya
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...