MN: Ermənistan silahlı qüvvələrinin mövqelərinin atəşə tutulması məlumatı tamamilə yalandır
13
sen
2023
08:08
Sentyabrın 13-ü saat 03:40 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən (MN) bildirilib.
"Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən əlavə olunub.
Oxşar xəbərlər
MN: Ermənistanın mövqelərinin atəşə tutulması barədə məlumat tamamilə yalandır
Avqustun 27-si saat 19:20-dən 19:30-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqaməti...