MN: "Ermənistan Müdafiə Nazirliyinin məlumatı yalandır"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin iddialarına cavab verib.
BAKU.WS nazirliyə istinadən xəbər verir ki, Erməni mətbuatının guya Azərbaycan Ordusunun 2022-ci ildəki itkiləri ilə bağlı yaydığı məlumatlara cavab olaraq Müdafiə Nazirliyindən bildirilib:
"Qarşı tərəfin yaydığı məlumat yalandır və dezinformasiya xarakteri daşıyır. Uydurma və reallığı əks etdirməyən rəqəmlərin əks olunduğu bu cür məlumatlar ictimaiyyəti çaşdırmaq məqsədi güdür.
Qeyd edək ki, ordumuzun itkiləri barədə ölkə mətbuatında mütəmadi olaraq rəsmi məlumatlar verilmişdir. Ermənistan mətbuatı ehtiyata buraxıldıqdan sonra müxtəlif səbəblərdən dünyasını dəyişmiş vətəndaşlar barədə məlumatları belə ordumuzun döyüş itkiləri kimi qələmə verməyə çalışır. Odur ki vətəndaşlarımızı, media nümayəndələrini, həmçinin sosial şəbəkə istifadəçilərini bu cür həqiqətə uyğun olmayan məlumatları tirajlamamağa çağırırıq”.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...