MN: "Azərbaycan Ordusunun PUA tətbiq etməsi ilə bağlı Ermənistanın yaydığı məlumat tamamilə yalandır" - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod istiqamətində PUA tətbiq edilməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
"Ermənistan tərəfinin yaydığı bu məlumatı qəti şəkildə təkzib edirik", - nazirlikdən bildirilib.
***13:32
Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin yalanını ifşa edib.
"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikasının cəmləşdirilməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır.
Qarşı tərəf bu cür dezinformasiyalar yaymaqla öz təxribatlarına haqq qazandırmağa çalışır", - deyə Azərbaycan MN-in məlumatında vurğulanıb.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...