Mixail Şumaxer xəstəxanadan buraxılıb

Mixail Şumaxer xəstəxanadan buraxılıb
Siyasət 4054
"Formula-1" üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer Paris xəstəxanasından evə buraxılıb. BAKU.WS xəbər verir ki, bu barədə fransalı jurnalist Jan-Mişel Dekyuji BFMTV telekanalının efirində danışıb. Jurnalistin sözlərinə görə, Şumaxer klinikanı sentyabrın 11-dən 12-nə keçən gecə tərk edib. İdmançının müalicə üsulları ictimaiyyətdən gizli saxlanılır."Bizə yalnız məlumdur ki, ona kök hüceyrələrlə birgə qan vurulub. Bu da onun beyni daxil olmaqla, digər orqanlarına müsbət təsir edib",-deyə Jan-Mişel Dekyuji bildirib.Qeyd edək ki, almaniyalı "Formula-1" pilotu 6 ildən sonra komadan ayılıb. Mixael Şumaxer 2013-ci ilin sonunda xizək sürərkən yamacdan yıxılmışdı. O, başından ağır xəsarət almış və həmin vaxtdan bəri komaya düşmüşdü.

Oxşar xəbərlər

“Günün Yekunu” - 11 sentyabr 2019

“Günün Yekunu” - 11 sentyabr 2019

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.BAKU.WS xəbər verir ki, 11 sentyabr terro...

317 Siyasət 22:00 11 sentyabr 2019

Son xəbərlər