Misirdə dəhşətli gün - Qatarlar toqquşdu, meyitlər yerə səpələndi

Misirdə dəhşətli gün - Qatarlar toqquşdu, meyitlər yerə səpələndi
Siyasət 261

Misirin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayı 108 nəfərə çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölənlərin sayı dəyişməyib, qəza nəticəsində 32 nəfər ölüb.

Nazirliyin rəsmi nümayəndəsi Xalid Muqahedin sözlərinə görə, hadisə yerində 74 təcili tibbi yardım avtomobili işləyir, xəsarət alanlar yaxınlıqdakı bir neçə xəstəxanaya çatdırılırlar.

Bildirilir ki, ağır xəsarətlər alan şəxsləri ölkənin paytaxtına çatdırmaq nəzərdə tutulur. Yerli həkimlərə yardım üçün paytaxtdan əlavə tibbi heyət cəlb edilib.

Son xəbərlər