Mirzoyan: “İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı şərhləri alıb” - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
“İrəvan sülh sazişinin bağlanması ilə bağlı təkliflərinə Bakıdan cavablar alıb, lakin mühüm məsələlərdə tərəflərin mövqeləri hələ də bir-birindən uzaqdır”.
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan deyib.
“Biz əvvəllər sülh müqaviləsinin mətninə beşinci düzəliş paketini Azərbaycan tərəfinə təhvil vermişdik, elə dünən Bakıdan yeni təkliflər aldıq. Təəssüf ki, tərəflərin mövqelərində hələ də bir-birindən uzaq olan mühüm məsələlər var”, - deyə o, qeyd edib.
***15:23
“Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi ilə əlaqədar olaraq Azərbaycan tərəfi qısa müddət ərzində öz şərhlərini Ermənistan tərəfinə təqdim edib.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan rəsmilərinin sülh sazişi ətrafında əsassız bəyanatları ilə bağlı suala cavab olaraq deyib.
O bildirib ki, Ermənistan mətbuatının yaydığı bu məlumatlar həqiqəti əks etdirmir və Ermənistan tərəfinin növbəti manipulyasiyasıdır.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...