Mirzoyan hindistanlı həmkarı ilə regionu müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.
Hindistanın xarici işlər naziri ölkəsinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına tərəfdar olduğunu bildirib.
"Nazirlər ikitərəfli əsasda və beynəlxalq platformalarda tərəfdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını təsdiqləyiblər", - məlumatda deyilir.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...