Mirzoyan AŞPA rəhbəri ilə İrəvan və Bakı arasında sülh prosesindən danışıb
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Petra Bayr ilə görüşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, tərəflər xüsusilə Ermənistan və Azərbaycan arasında sülhün nizamlanması prosesindəki irəliləyişi müzakirə ediblər.
Regional gündəmin müzakirəsi zamanı Mirzoyan 8 avqust 2025-ci il tarixli Vaşinqton razılaşmaları çərçivəsində Bakı ilə İrəvan arasında əldə olunmuş sülhün möhkəmləndirilməsi və institusionallaşdırılması istiqamətində həyata keçirilmiş və hazırda davam edən addımlar barədə məlumat verib. Tərəflər həmçinin humanitar məsələlərə də toxunublar.
Mirzoyan Avropa Şurası ilə əməkdaşlığın vacibliyini də qeyd edib və Ermənistanda islahatların həyata keçirilməsinin davam edəcəyini bildirib. Həmsöhbətlər parlamentlər arasında qarşılıqlı əlaqələrin əhəmiyyətini də vurğulayıblar.
Oxşar xəbərlər
Azərbaycan və İordaniya ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib
Azərbaycanın İordaniyadakı səfiri Şahin Abdullayev bu ölkənin Baş nazirinin müavini, xarici işlər naziri Ayman as-Safadi ilə ikitərəfli münasibətlərin inkişaf p...