Mirziyoyev ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki məqsədləri barədə danışıb
Özbəkistan 2027–2029-cu illərdə ilk dəfə Qoşulmama Hərəkatına rəhbərlik edəcək və təşkilatın səmərəliliyini artırmaq üçün öz sədrliyindən istifadə etmək niyyətindədir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin Müstəqilliyinin 35 illiyinə həsr olunmuş təntənəli tədbirdə bildirib.
"2027–2029-cu illərdə biz ilk dəfə Qoşulmama Hərəkatına sədrlik edəcəyik. Biz dünyanın 120-dən çox dövlətini birləşdirən bu qlobal strukturun səmərəliliyinin artırılmasına yönəlmiş təşəbbüsləri fəal şəkildə irəli sürəcəyik", - o deyib.
Onun sözlərinə görə, iqtisadi artımın yüksək templəri qorunub saxlanmaqla 2030-cu ilə qədər Özbəkistanın ümumi daxili məhsulunun həcmi 300 milyard dollara çatdırılacaq. Mirziyoyev, sayının 2 milyona çatdırılması planlaşdırılan yüksək gəlirli iş yerlərinin yaradılmasını prioritet istiqamət hesab edir.
"Gənclərimizin potensialının ən dolğun şəkildə reallaşdırılması üçün startapların, vençur kapitalının və süni intellektin inkişafı da prioritet olacaq", - Mirziyoyev bildirib.
Özbəkistan liderinin sözlərinə görə, bu tədbirlər sayəsində yaxın 10 ildə adambaşına düşən ÜDM 10 min dolları ötəcək.
Oxşar xəbərlər
Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır
Silahlı münaqişələr, geosiyasi gərginliklər və humanitar böhranlar insan həyatını təhlükə altına qoyur, inkişafa mane olur və bərabərsizliyi dərinləşdirir. BAKU...