Mirqafar Seyidovun vəzifəsi məşhur generalın xalası oğluna həvalə olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Nəqliyyatda Baş Polis İdarəsinə rəis əvəzi təyin edilib.
BAKU.WS "manset.az"a istinadən xəbər verir ki, bundan sonra polis polkovniki Nəriman İmanov idarənin rəis vəzifəsini icra edəcək.
Nəriman İmanov təcrübəli polis zabitlərindən biridir. O Nərimanov, Masallı, Sumqayıt Şəhər Polis İdarələrinin rəisi vəzifələrində çalışıb. Eyni zamanda, Gəncə Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, mərhum polis generalı Rasim Musayevin xalası oğludur.
Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...