Milli Qəhrəmanın oğlu: “Doğrusu, bu adı gözləyirdik”

Milli Qəhrəmanın oğlu: “Doğrusu, bu adı gözləyirdik”
Siyasət 349

“Mən öncə Ali Baş Komandana atamın qanını yerdə qoymadığı üçün təşəkkür edirəm. Doğrusu, bu adı gözləyirdik. Xəbəri eşidəndə ailəmizin sevincinin həddi-hüdudu yox idi. Çox sevincliyəm”

Bu sözləri BAKU.WS-ə şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev danışıb. O, atası ilə fəxr etdiyini bir daha dilə gətirib:

“Mən atamla fəxr edirəm. Milli Qəhraman övladı kimi həmişə başını uca edəcəm. Bu, şübhəsizdir. Hisslərimi sözlərlə ifadə edə bilmirəm. Hazırda parada baxmağa gəlmişəm. Bu şərəfli yolda canını verən bütün şəhidlərə Allahdan rəhmət diləyirəm”.

Son xəbərlər