Milli Məclisin yaz sessiyasının iş planı məlum olub
Milli Məclisin 2025-cü il yaz sessiyasının qanunvericilik işləri planı məlum olub.
Yaz sessiyasının qanunvericilik işləri planına 6 məsələ daxil edilib.
Yaz sessiyasının iş planı aşağıdakı kimidir:
№ | Qanun layihəsinin adı | Cavabdeh komitə | Cavabdeh şöbə |
I | II | III | IV |
1 | Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri | Milli Məclisin müvafiq komitələri | Aparatın müvafiq şöbələri |
2 | Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi | İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi | İqtisadi qanunvericilik şöbəsi |
3 | Hərbi qulluqçuların statusu haqqında qanun layihəsi | Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi | Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi |
4 | Yeni nəsil rəqəmsal hüquqlara dair qanun layihəsi | İnsan hüquqları komitəsi | Sosial qanunvericilik şöbəsi |
5 | Beynəlxalq müqavilələr haqqında qanun layihəsi | Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi | Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi |
6 | Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri | Milli Məclisin müvafiq komitələri | Aparatın müvafiq şöbələri |
Oxşar xəbərlər
MSK bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb
Yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə seçkilər keçirilib. 685 bələdiyyəyə 8071 üzv seçilməli idi və bu bələdiyyələr Azərbaycanda mövcud olan 1...