Milli Məclisin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin tərkibi müəyyənləşib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Milli Məclisi parlamentin beynəlxalq əlaqələrinin inkişafına böyük önəm verir. Nümayəndə heyətlərinin Milli Məclisin üzvü olduğu beynəlxalq qurumlarda fəaliyyəti parlament rəhbərliyinin daim diqqət mərkəzindədir.
Milli Məclisin Parlamentlərarası İttifaqındakı nümayəndə heyətinin tərkibi müəyyənləşib. Parlamentin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qurumda nümayəndə heyətinə Milli Məclis Sədrinin müavini Adil Əliyev rəhbərlik edəcək.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Elnur Allahverdiyev, Şahin İsmayılov, Tural Gəncəliyev, Naqif Həmzəyev, Rəşad Mahmudov, Kamran Bayramov, Zahid Oruc və Məzahir Əfəndiyev daxildirlər.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...