Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı parlamentin 85 deputatı spiker Sahibə Qafarovaya müraciət edib.
Növbədənkənar sessiyanın çağırılmasının səbəbi yaz sessiyası ərzində müzakirəsi yarımçıq qalan qanun layihələrinin, o cümlədən parlamentin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən toplantısında müzakirə edilərək, plenar iclasa tövsiyə olunan "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" sənədin müzakirəsidir.
Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, spiker Azərbaycan Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağıra bilər.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...