Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, artıq bununla bağlı deputatlardan imzalar toplanılıb.
Parlamentin növbədənkənar sessiyasının iyun ayında keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.
Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...