Milli Məclisə yeni sədr seçiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
VI çağırış Milli Məclisin ilk iclasının gündəliyində müzakirə ediləcək məsələlər məlum olub.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin Sədri seçilənədək birinci iclası aparır.
Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə Hesablayıcı komissiya seçiləcək və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək, bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirəcək.
Qeyd edək ki, VI çağırış Milli Məclisin ilk iclasının mart ayının əvvəlində keçiriləcəyi gözlənilir.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...