Milli Məclisdə icbari tibbi sığortaya dair dinləmə keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin Səhiyyə komitəsi yaz sessiyasında icbari tibbi sığortaya dair dinləmə təşkil edəcək.
BAKU.WS xəbər verir ki, bunu APA-ya müsahibəsində Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.
R. Mahmudov deyib ki, Azərbaycanda icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi ilə bağlı qanunverici orqanın görəcəyi işlər çoxdur və bu istiqamətdə müzakirələrə ehtiyac var:
“Bununla əlaqədar yeni dinləmələrin, məsləhətləşmələrin, diskussiyaların keçirilməsini planlaşdırırıq.
Aidiyyətli orqanlarla rayonlarda, eyni zamanda mərkəzdə ortaya çıxan problemlərin həlli istiqamətində qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə çalışırıq.
2020-ci ilin sonuna qədər səhiyyə komitəsinin üzərinə çox böyük məsuliyyət düşür. İnanıram ki, məsuliyyətin öhdəsindən yeni formalaşmış və güclənmiş Milli Məclis və Səhiyyə komitəsi olaraq layiqincə gələcəyik”.
Oxşar xəbərlər
Oksford və Kembric məzunu Kənan Cəlilov deputatlığa namizədliyini Ucar rayonundan irəli sürüb – FOTO
Deputatlığa namizəd, AKI Inter Ltd. şirkətinin direktoru Kənan Cəlilovla müsahibə: - Kənan Cəlilov ilk növbədə kimdir? - Mən üç gözəl uşağın atasıyam – mənim 11...