Milli Məclisdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı dinləmələr keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı dinləmələr keçiriləcək.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, belə bir dinləmələrin bu il ərzində bir neçə dəfə keçirilməsi planlaşdırılır.
“Təəssüflər olsun ki, icbari tibbi sığortanın həyata keçirilməsi pandemiya dövrünə təsadüf edib. İcbari tibbi sığortanın həyata keçirilməsi nəticəsində əhali 2500-dən çox xidməti ala bilir”, - deyə o bildirib.
Onun sözlərinə görə, icbari tibbi sığortanın həyata keçirilməsi ilə Azərbaycanda ailə həkimi institutu formalaşmağa başlayıb:
“Bununla bağlı məmnunluq da yaranmağa başlayıb. Bütün bu uğurlara baxmayaraq icbari tibbi sığorta ilə bağlı bir çox narahatlıqlar da mövcuddur. Yüksək texnologiyalı əməliyyatların keçirilməsi üçün klinikalarda növbələr var. Hesab edirəm ki, icbari tibbi sığorta zərfinin genişləndirilməsinə ehtiyac var”.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...