Milli Məclisdə deputat nazirlərə irad tutdu
Yeniliklərdən dərhal xəbərdar olun
Parlamentin bugünkü iclasında "Milli Məclisin deputatının statusu" haqda qanuna dəyişiklik müzakirə edilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, deputat Tahir Kərimli çıxış edərək karantin rejimində qaydaların deputatlara tətbiq edilməməsinin fövqəladə hal elan olunarsa da, qüvvədə olub-olmayacağına aydınlıq gətirilməsini istəyib:
“Həmçinin bəzi iclaslar qapalı keçirilə bilər. Eyni zamanda bəzi deputatların iclaslara internet vasitəsilə qatılması təklif olunur. Bəs qapalı iclaslara deputatlar internet vasitəsilə qatılsa, bunun təhlükəsizliyini təmin etmək mümkün olacaqmı?”
T.Kərimli hökumət üzvlərinə də bəzi iradlar tutub: “Operativ qərargahın tələblərinə biz riayət edirik. Amma onların iclasında hökumət üzvləri çox yaxın oturur. Özləri yaxın oturub bizə deyirlər, məsafə saxlayın. Bu da hesab edirəm ki, düzgün anlaşılmır”.
Qalereya
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...