Milli Məclis Rusiya ilə müqaviləni təsdiq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclis Rusiya ilə müqaviləni təsdiq edib.
BAKU.WS-in Trend-ə istinadən məlumatına görə, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müqavilə haqqında məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsini sədri Musa Quliyev bildirib ki, yeni təsdiq edilən müqaviləyə əsasən, həm Azərbaycan, həm də Rusiya tərəfdəki pensiya stajları toplanacaq və bu, vətəndaşlarımızın pensiyasının artımına da səbəb olacaq: “Yəni proporsional şəkildə, hansı ölkədə neçə il əmək stajı olubsa, o ölkələr də buna uyğun ona pensiya ödənilməsində iştirak edəcəklər. Tutaq ki, Azərbaycan vətəndaşının 30 il stajı var, 20 il stajı Azərbaycanda, 10 ili də Rusiyada qazanıb, onun pensiyasının 1/3-i artıq Rusiya tərəfindən ödəniləcək”.
Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...