Milli Məclis enerji doldurucularının ƏDV-dən azad olunmasını I oxunuşda təsdiqləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, dəyişikliklə Azərbaycana gətirilən elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucuları Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilir.
Dəyişikliklərə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Milli Məclisin iclası başlayıb
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. BAKU.WS "report"a istinadən xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən t...