Mikayıl Cabbarov vergi orqanlarının əməkdaşları ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
"Vergi xidmətinin 25 illiyi ilə bağlı keçirilən tədbirdə vergi orqanlarının əməkdaşları və veteran vergi işçiləri ilə görüşməkdən məmnun olduq".
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" sosial şəbəkə hesabında bildirib:
"Görüş zamanı insan resurslarının inkişaf istiqamətləri, əməkdaşlarımızdan gözləntilər və müəyyənləşdirilmiş hədəflər barədə danışdıq, qabaqcıl səriştələrə və innovativ biliklərə malik kadr ehtiyatları formalaşdırmağın əhəmiyyətini vurğuladıq. Vergi sisteminin uğurlu fəaliyyətində aktiv iştirakına görə təltif edilən bütün əməkdaşları təbrik edirik".
Vergi xidmətinin (@vergiler) 25 illiyi ilə bağlı keçirilən tədbirdə #vergi orqanlarının əməkdaşları və veteran vergi işçiləri ilə görüşməkdən məmnun olduq. İnsan resurslarının inkişaf istiqamətləri, əməkdaşlarımızdan gözləntilər və müəyyənləşdirilmiş hədəflər barədə danışdıq,… pic.twitter.com/6E2g6Cp0R3
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 17, 2025
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...