Mikayıl Cabbarov Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edib

Mikayıl Cabbarov Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edib
Foto
Siyasət 23

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edib.

BAKU.WS xəbər verir ki, o bu barədə özünün "X" hesabında paylaşım edib.

"Cümhuriyyət Günü münasibətilə qardaş Türkiyəyə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.

Strateji müttəfiqlik zəminində birgə fəaliyyətimiz və həmrəyliyimiz ölkələrimizin inkişafına, xalqlarımızın rifahına, regionda sülhə, sabitliyə və əmin-amanlığa mühüm töhfələr verir.

Bu əlamətdar gündə dost ölkəyə daimi tərəqqi, yüksəliş və firavanlıq diləyirik", - deyə nazir qeyd edib.

Son xəbərlər