Mikayıl Cabbarov keçmiş müavinini müşavir təyin etdi - FOTO

Mikayıl Cabbarov keçmiş müavinini müşavir təyin etdi - FOTO
Siyasət 1249

İqtisadiyyat Nazirliyində kadr dəyişikliyi olub.

BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Əmrə əsasən, Şirzad Abdullayev iqtisadiyyat nazirinin yeni müşaviri təyin olunub.

Qeyd edək ki, Ş.Abdullayev İqtisadiyyat nazirinin müavini olub. O, dünən vəzifəsindən azad edilib.

Mikayıl Cabbarov keçmiş müavinini müşavir təyin etdi - FOTO

Son xəbərlər