Mikayıl Cabbarov: "Əhalinin kütləvi şəkildə didərgin düşməsi ölkə üçün ciddi çağırışlar yaratdı"
"Azərbaycan ərazilərinin işğalı və nəticədə əhalinin kütləvi şəkildə didərgin düşməsi ölkə üçün ciddi çağırışlar yaratdı".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Qeyri-rəsmi yaşayış məskənlərinin və gecəqondu ərazilərinin transformasiyası: dünya əhalisinin mənzil təminatı naminə" adlı paneldə deyib.
O bildirib ki, Ermənistandan azərbaycanlıların deportasiyası, eləcə də işğal altındakı ərazilərdən insanların didərgin düşməsi ölkə daxilində böyük sosial və humanitar təzyiq formalaşdırdı:
"Məcburi sosial miqrasiya, əsasən, iqtisadi çətinliklərdən qaynaqlanan proseslər də vəziyyəti daha da mürəkkəbləşdirdi. Bütün bunlar isə ölkədəki demoqrafik artım fonunda baş verirdi. Belə ki, müstəqillik əldə edilən dövrdə Azərbaycanın əhalisi yeddi milyon nəfər idi, lakin növbəti 25 il ərzində bu rəqəm 10 milyona çatdı.
Beləliklə, ümumi mənzərə bundan ibarət idi ki, ölkədə hər səkkiz nəfərdən biri qaçqın və ya məcburi köçkün idi. Eyni zamanda, əhəmiyyətli demoqrafik artım müşahidə olunurdu və biz paralel şəkildə müəyyən sosial-iqtisadi problemlərlə üz-üzə qalırdıq. Bu problemləri isə əsasən, 1990-cı illərin sonlarından etibarən sabitləşdirməyə və idarə etməyə başladıq".
Nazirin sözlərinə görə, 2003-cü ildən Azərbaycan yeni mərhələ başlayıb. O bildirib ki, məhz bu dövrdə ölkə iqtisadi baxımdan kifayət qədər güclü və sabit olub və nəticədə əvvəlcə məcburi köçkünlərin və qaçqınların məskunlaşdığı müvəqqəti düşərgələrin ləğvinə başlanılıb:
"Beləliklə, 2003-20-ci illər məhz bu proseslərlə xarakterizə olunan mərhələ idi. 2020-ci ildən başlayaraq bu günədək davam edən dövr isə əsasən, "Böyük Qayıdış" prosesi ilə yadda qalır. Forum çərçivəsində Böyük Qayıdışa dair xeyli müzakirələr aparılır. Qeyd edim ki, 30 ildən artıq müddətdən sonra insanlar nəhayət öz doğma torpaqlarına qayıdırlar".
Oxşar xəbərlər
Mavriki Prezidenti İçərişəhərlə tanış olub
Mavriki Prezidenti Daramber Qoxul İçərişəhər ziyarət edib. Bu barədə BAKU.WS-ə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. Bildirilib...