Mikayıl Cabbarov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.
"BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşdə BMT ilə əməkdaşlığın gündəliyində olan prioritetləri müzakirə etdik. "Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında 2026-30-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi"nin icrası, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasının monitorinqinin gücləndirilməsi məqsədilə "DİM üzrə Milli İzləmə Sistemi"nin hazırlanması, regionlar üzrə DİM-lərin lokallaşdırılması fəaliyyətlərinin davam etdirilməsi məqsədilə BMT-nin ixtisaslaşmış qurumları ilə birgə əməkdaşlıq barədə fikirlərimizi bölüşdük. Xanım Vladanka Andreyevaya səlahiyyət müddəti ərzində BMT-nin ölkə üzrə nümayəndəliyi ilə Azərbaycan Hökuməti arasında yüksəksəviyyəli tərəfdaşlığa və əməkdaşlığa töhfələri üçün təşəkkürümüzü bildirir və uğurlar arzulayırıq", - paylaşımda bildirilib.
Oxşar xəbərlər
Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib
Milli Məclis Avropa Parlamentinin 18 dekabr tarixli qətnaməsi ilə əlaqədar bəyanat yayıb. BAKU.WS report-a istinadən bəyanatı təqdim edir: "Azərbaycan Respubl...