Mikayıl Cabbarov: "Birgə fəaliyyətimiz regionumuzun dayanıqlı inkişafına səmərəli töhfələr verir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin ikinci iclasında üzv ölkələrin strateji əlaqələrinin fəal təşviqinin iqtisadi tərəfdaşlıqda artan rolunu vurğuladıq".
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkəsindəki hesabında yazıb.
"Sənaye, elm, texnologiya, innovasiya, enerji, nəqliyyat, ticarət və digər sahələrdə birgə fəaliyyətimiz ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına səmərəli töhfələr verir.
Birgə təşəbbüslər çərçivəsində rəqəmsal ekosistemin yaradılması və yüksək texnologiyalar sahəsində layihələrin reallaşdırılması Türk dövlətlərinin innovasiyayönümlü iqtisadi transformasiyasına, rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına və biznes mühitinin inkişafına təkan verəcək", - M.Cabbarov qeyd edib.
Türk Dövlətləri Təşkilatının (@Turkic_States) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclasında üzv ölkələrin strateji əlaqələrinin fəal təşviqinin #iqtisadi tərəfdaşlıqda artan rolunu vurğuladıq.#Sənaye, elm, #texnologiya, innovasiya, #enerji, #nəqliyyat,… pic.twitter.com/y5VF1JCU1g
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 24, 2025
Oxşar xəbərlər
Azərbaycanda yeni ombudsman seçiləcək
Azərbaycanda yeni ombudsmanın seçilməsi məsələsi Milli Məclisin gündəliyinə daxil edilib. BAKU.WS xəbər verir ki, məsələ oktyabrın 30-da parlamentin İnsan hüquq...