Mikayıl Cabbarov: "Azərbaycan Mərkəzi Asiya ölkələri ilə üç aktiv investisiya fondu yaradıb"
Yeniliklərdən dərhal xəbərdar olun
Son beş ildə Azərbaycanın ticarət və nəqliyyat əlaqələrinin ən sürətlə inkişaf etdiyi region məhz Mərkəzi Asiyadır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində "Azərbaycan ev sahibi və əlaqələndirici kimi: yaşıl transformasiya, regional inteqrasiya və strateji tərəfdaşlıq" mövzusunda Müdirlər Şurasının sədri ilə dialoq sessiyasında deyib.
Onun sözlərinə görə, Azərbaycan regionda Mərkəzi Asiya ölkələri ilə əlaqələri vahid iqtisadi ekosistemin tərkib hissəsi kimi qiymətləndirir: "Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla üç aktiv investisiya fondu fəaliyyət göstərir. Bu fondlarda Azərbaycanın payı müvafiq olaraq 50 %, 75 % və 100 % təşkil edir. Biz həm dövlət, həm də özəl sektorun bu ölkələrə investisiyalarını təşviq edir, eyni zamanda həmin ölkələrdən sərmayələrin cəlb olunmasına açıq olduğumuzu nümayiş etdiririk".
O bildirib ki, Azərbaycan enerji və mineral resurslarla zəngin Mərkəzi Asiya ölkələri üçün Orta Dəhliz üzərindən Qərbə çıxış təmin edən təbii qovşaq rolunu oynayır: "Azərbaycan yalnız yük daşımalarının deyil, ideyaların və innovasiyaların da hərəkəti üçün regional platformaya çevrilmək niyyətindədir. Bu gün əlaqəliliyin yeni formalarından biri məlumat mərkəzləri, telekommunikasiya, məlumat ötürülməsi və süni intellekt sahələrində əməkdaşlıqdır. Azərbaycanın coğrafi mövqeyi bu istiqamətlərdə regional əməkdaşlığın genişlənməsinə imkan yaradır".
Nazir əlavə edib ki, ölkə həm İsDB platformasında, həm də ikitərəfli formatlarda üzv dövlətlərlə əməkdaşlığı daha da dərinləşdirməyə çalışır.
Oxşar xəbərlər
Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib
29 oktyabrda xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xa...