Mikayıl Cabbarov Ankarada üçtərəfli görüşdə müzakirə olunan məsələləri açıqladı
"Həmkarlarla birlikdə Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat/infrastruktur nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak etmək xoş oldu".
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" sosial şəbəkəsindəki hesabında bildirib:
"Görüş zamanı ölkələrimizin iqtisadi əməkdaşlığını dərinləşdirmək, qarşılıqlı ticarət həcmlərini artırmaq, özəl sektorları yeni investisiya layihələri həyata keçirməyə təşviq etmək, rəqəmsal əməliyyatlara fəal dəstək üzrə təşəbbüsləri nəzərdən keçirdik. Birgə fəaliyyətimizi gücləndirmək üçün növbəti addımları müəyyənləşdirdik".
🇦🇿🇹🇷🇺🇿 Həmkarlarla birlikdə Ankarada #Azərbaycan, #Türkiyə və #Özbəkistanın xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat/infrastruktur nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak etmək xoş oldu. Ölkələrimizin #iqtisadi əməkdaşlığını dərinləşdirmək, qarşılıqlı #ticarət… pic.twitter.com/7cOOjA8AWi
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 29, 2025
Oxşar xəbərlər
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Ukraynadakı müharibə ilə əlaqədar zərər çəkən növbəti qrup ukraynalı uşaq sentyabrın 28-də Azərbaycana gətiriləcək. BAKU.WS xəbər verir ki, qarşılama saat 17:00...