Metyu Brayza Azərbaycanda keçiriləcək parlament seçkilərindən danışdı

“Əminəm ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək”.
BAKU.WS xəbər verir ki, bu sözləri secki-2020.az saytına açıqlamasında Atlantik Şuranın siyasi şərhçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
O bildirib ki, islahatlar prosesinə töhfə vermək, yeni ideyalar gətirmək məqsədilə parlamentin buraxılmasına dair qəbul edilən qərar təqdirəlayiqdir:
“Bu, çox stimulverici prosesdir və nümunəvi məqamdır. Beynəlxalq ictimaiyyətin də diqqəti Azərbaycandakı seçkilərə yönələcək. Düşünürəm ki, Azərbaycanda aparılan islahatlar ölkənin hərtərəfli inkişafına yeni təkan verəcək”.
Oxşar xəbərlər
Səfa Mirzəyev: "Milli Məclis qanunvericilik fəaliyyətini dayandırıb"
"Milli Məclis fəaliyyətini davam etdirsə də, qanun və qərar qəbul etmək üçün yeni seçkilərə qədər yığışmayacaq". BAKU.WS "Report"a istinadən xəbər verir ki, bun...
