Məsud Pezeşkian: "İnqilabdan əvvəl hicabsız qızlar çox ləyaqətli idilər"
"İnqilabdan əvvəl universitetdə oxuduğumuz illərdə tələbə qızların çoxu hicablı deyildi, amma çox ləyaqətli idilər".
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Qəzvin əyalətinə səfəri zamanı inqilabdan əvvəlki universitet mühitindən danışarkən səsləndirib.
O bildirib ki, həmin dövrdə tələbə qızların çoxu hicab taxmırdı, ancaq buna baxmayaraq, öz ləyaqətləri və nümunəvi davranışları ilə seçilirdilər.
"Qızların heç biri başqa cür davrana bilməzdi. O vaxt kimsə onlara söz ata və ya hörmətsizlik edə bilməzdi", - deyə prezident vurğulayıb.
İran prezidentinin bu açıqlaması ölkədə geniş müzakirələrə yol açıb. Bir çoxu Pezeşkianın xatırlatdığı dövrün tələbə həyatının və davranışlarının müsbət tərəflərini qiymətləndirib, digərləri isə müasir vəziyyətlə müqayisədə fikirlərini bölüşüblər.
Oxşar xəbərlər
Şəbnəm Həsənova: "Artıq tarixin gözünün içinə dimdik baxan duruşumuz var"
"20 yanvar hadisələrinin 36-cı il dönümündə Azərbaycan xalqı tərəfindən bu qədər qürurla, ləyaqətlə anılması, şəhidlərimizin ruhuna sonsuz ehtiram duyulması şüb...