Məşhur xalq artistinin oğluna vəzifə verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin rəisi dəyişdirilib.
BAKU.WS xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
Xarici İşlər naziri Ceyhun Bayramovun əmri ilə nazirliyin Protokol idarəsinin rəisi Pərvin Mirzəzadə işdən çıxarılıb.
Nazirin digər əmri ilə Rzayev Ramil Əbil oğlu həmin idarənin rəisi vəzifəsinə təyin olunub.
R.Rzayev bu təyinata qədər Azərbaycanın Qazaxıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləyib.
Qeyd edək ki, Pərvin Mirzəzadə mərhum Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin oğludur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif etdi - SİYAHI
Prezident İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamla dövlət qulluğunda səmərəli fəali...