Məşhur rejissor ölmüş halda tapıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Dallas Buyers Club” (“Dallaslı alıcılar klubu”) və “Big Little Lies” (“Böyük balaca yalan”) kimi filmləri ilə tanınan amerikalı rejissor Jan-Mark Valli vəfat edib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə Valli ilə uzun illər birlikdə çalışan prodüser Natan Ross açıqlayıb.
Məlumata görə, o, Kanadanın Kvebek şəhərindən bir qədər aralıda öz kabinəsində ölmüş halda tapılıb. 58 yaşlı məşhurun ölüm səbəbi açıqlanmayıb.
“Valli ilə işləyən hər kəs onun istedadını və dünyagörüşünə diqqət yetirməyə bilməzdi. O, mənim dostum, yaradıcı tərəfdaşım və böyük qardaşım idi. Maestro üçün çox darıxacağıq, amma təsəlli odur ki, onun gözəl üslubu və dünya ilə paylaşdığı təsirli əsərləri daim yaşayacaq”, - deyə Ross bildirib.
Valli Monrealda anadan olub. Karyerasının əvvəlində klip çəkilişləri ilə məşğul olub. O, 1995-ci ildə “Qara siyahı” trilleri (“Liste noire”) ilə film debütü edib.
Qalereya
Oxşar xəbərlər
Dünyanın 100 nüfuzlu şəxsi bəlli oldu
“Time” dərgisi dünyanın 100 ən mühüm şəxsinin (Time 100 Most Influential People) reytinqini açıqlayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, nəşrdə dünya m...