Məşhur pivə istehsalçısı Rusiyadakı biznesini bir avroya satdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Pivə istehsalçısı olan “Heineken” şirkəti Rusiyadakı aktivlərini, o cümlədən yeddi pivə zavodu və 1 800 işçisini simvolik qiymətə - bir avroya satıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
“Heineken” Rusiyadakı biznesinin satışını təxminən bir avro dəyərində simvolik məbləğ üzrə rəsmiləşdirdi”, - deyə alkoqol istehsalçısının rəsmi saytında bildirilib.
Əlavə edilib ki, biznesin tərkibinə yeddi pivə zavodu və 1 800 işçi daxildir. Satış Rusiyanın qablaşdırma və kosmetika şirkəti olan “Arnest Group” şirkəti ilə həyata keçirilib. Həmçinin vurğulanıb ki, bu razılaşma 18 aylıq danışıqlardan sonra tamamlanıb.
Qalereya
Oxşar xəbərlər
ABŞ və müttəfiqləri sanksiyaya məruz qalan rusiyalıların 58 milyard dollardan çox aktivini dondurub
ABŞ və onun REPO (Russian Elites, Proxies and Oligarchs - sanksiyalar əsasında Rusiya ilə əlaqəli əmlakın axtarışı və müsadirəsi ilə məşğul olan Qərbin çoxtərəf...