Məşhur iş adamı var-dövlətə görə qızından imtina etdi

Məşhur iş adamı var-dövlətə görə qızından imtina etdi
Siyasət 0

Türkiyənin tanınmış iş adamı İnan Kıraç qızı İpek Kıraçın bütün var-dövlətinə əl qoymaq istədiyini əsas gətirərək ondan imtina etdiyini açıqlayıb.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, İnan Kıraç quracağı fond vasitəsilə bütün var-dövlətini təhsilə ehtiyacı olan uşaqlara bağışlayacağını bildirib.

Qeyd edək ki, İş adamı İnan Kıraç 2020-ci ildə vəfat edən, Koç Holdinqin qurucusu Vehbi Koçun qızı Suna Kıraçın mirasına görə qızı İpek Kıraçı məhkəməyə verib. İnan Kıraç həyat yoldaşı Suna Kıraçın vəsiyyəti ilə qızı İpek Kıraça təhvil verilən şirkətin pay hissəsi ilə bağlı tədbir görülməsini istəyib

Daha sonra İpek Kıraç atası İnan Kıraçı məhkəməyə verib. O, İnan Kıraçın qaçaqmalçı olduğunu və hələ də mal qaçaqmalçılığı ilə məşğul olduğunu iddia edib.

İpek Kıraçın tələbi ilə məhkəmə İnan Kıraça məxsus "Karsan" şirkətinin səhmləri haqqında həbs qətimkan tədbiri seçilməsinə qərar verib.

Son xəbərlər