Məşhur aktyorun "Mossad" agenti olduğu üzə çıxdı

Ötən ay 87 yaşında dünyasını dəyişən Haim Topolun ailəsi məşhur aktyorun Mossad agenti olduğunu açıqlayıb.
BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, İsrail mətbuatına danışan ailəsi Topolun onlara izah etmədiyi bir çox xarici səfərlərə getdiyini bildirib.
Uzun illər İngiltərənin paytaxtı Londonda yaşayan israilli aktyorun daha sonra "Mossad"ın rəhbəri olan Zvi Amirlə tez-tez görüşdüyü bildirilib.
Topolun oğlu atasının Ərəb ölkələrindən birinin konsulluğunu dinləmək missiyasının təfərrüatlarını da açıqlayıb.
Onun sözlərinə görə, atası və komandası konsulluğun binasına bitişik kirayəlik mənzilin divarını qazaraq, evi stomatoloji mərkəz kimi göstərib və dinləmə avadanlığı quraşdırıblar.
Qeyd edək ki, Topol 1971-ci ildə çəkilmiş "Damda skripkaçı" filmi ilə dünya şöhrəti qazanıb. O, bu reputasiyadan İsrailin xarici kəşfiyyat xidməti Mossad-ın gizli missiyalarında istifadə edib.
Oxşar xəbərlər
ABŞ və İsrail “Qüds Bəyannaməsi”ni imzaladı
ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Yair Lapid iyulun 14-də “Qüds Bəyannaməsi”ni imzalayıb və birgə mətbuat konfransı keçirib. BAKU.WS "Oxu.az"a ist...
