Mərkəzi Banka baş direktor təyin ediən Vüsal Qurbanov kimdir? - DOSYE
Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov baş direktor təyin olunub.
BAKU.WS xəbər verir ki, Vüsal Cavanşir oğlu Qurbanov 1980-ci ildə Zaqatala şəhərində anadan olub.
Azərbaycanlıdır. Ali təhsillidir. 2000-ci ildə Azərbaycan Kooperasiya Universitetini "Maliyyə və kredit" ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2004-ci ildə Azərbaycan Kooperasiya Universitetini "Maliyyə və kredit" ixtisasını magistr dərəcəsi ilə bitirib.
1998-ci ildən etibarən müxtəlif sığorta şirkətlərində sığorta üzrə mütəxəssis, baş mütəxəssis, şöbə müdiri, departament müdirinin müavini, İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.
2019-cu ildən etibarən Maliyyə Bazarlarına Nəzarət Palatasının Daxili audit xidmətində böyük mütəxəssis, Sığorta fəaliyyətinə nəzarət departamentinin Qeyri-həyat sığorta infrastrukturuna nəzarət idarəsinin rəisi vəzifələrində çalışıb.
2019-cu ildən İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının üzvüdür.
2020-ci ilin yanvar ayında Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsinin icraçısı təyin edilib. 2020-ci ilin aprel ayından 2025-ci ilin fevral ayınadək Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləyib.
2025-ci ilin fevral ayının 3-də Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.
Oxşar xəbərlər
Rəsmi Bakı "Rossotrudniçestvo"nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib
Azərbaycan tərəfi "Rossotrudniçestvo" agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş gö...