Mərakeş Universitetinin rəsmisi: "Qlobal halal iqtisadiyyatı potensialının çox altındadır"

İslam məhsullarının əsas ixracatçılarının qeyri-müsəlman əhalisi çoxluq təşkil edən ölkələr olması ciddi problemdir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Mərakeşin Qlobal Tədqiqatlar Universitetinin Afrika İnstitutunun Humanitar Elmlər Departamentinin sədri vəzifəsini müvəqqəti icra edən Zeynəb Əl Bernoussi II Azərbaycan Halal Biznes Forumu (AZHAB) çərçivəsində keçirilən "Halal biznesin idarə olunması: uğurun harmoniyası və ya harmoniyanın uğuru" mövzusunda panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, İslam ölkələri halal sənayesində mövcud rolundan daha böyük töhfə verməlidir:
"Halal məhsullarının əsas idxalçıları Səudiyyə Ərəbistanı, BƏƏ, Türkiyə, İndoneziya və Malayziyadır - yəni əsasən müsəlman əhalisi olan ölkələr. Lakin ixrac strukturuna baxdıqda bunun tam əksini görürük. Bu sahədə tarazlığa ehtiyac var", - deyə Z. Əl Bernoussi qeyd edib.
O bildirib ki, qlobal halal iqtisadiyyatı hazırda potensialından xeyli aşağı səviyyədədir:
"Dünya əhalisinin təxminən dörddə biri müsəlman olsa da, qlobal ticarətdə onların payı cəmi 3,5 % təşkil edir. Bu, ciddi disproporsiyanı göstərir. Problemin bir hissəsi halal sertifikatlaşdırmanın geridə qalması ilə bağlıdır - bir çox məhsullar hələ də sertifikatlaşdırılmayıb. Digər səbəb isə bəzi ölkələrdə, xüsusilə Avropa İttifaqında, halal etiketlərinin kifayət qədər tanınmamasıdır".
Mərakeşli ekspert əlavə edib ki, şirkətlərin halal standartları tətbiq etməsi və sertifikatlaşdırmadan keçməsi bazara çıxış baxımından mühüm addımdır:
"Halal sektoru altı əsas hissədən ibarətdir. Ən böyük pay - təxminən 67 % - İslam maliyyəsinə məxsusdur. Daha sonra qida sektoru gəlir ki, bu da halal anlayışının sinoniminə çevrilib və ümumi payın təxminən 16 %-ini təşkil edir. Digər istiqamətlərə səyahət və turizm, əczaçılıq, kosmetika və digər sahələr daxildir", - deyə o vurğulayıb.
Oxşar xəbərlər
Qəbələdə TDT Dövlət Başçıları Şurasının Zirvə Görüşü keçirilib
Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublik...
