Mehriban Əliyeva Türkiyədəki zəlzələ ilə bağlı paylaşım edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib.
BAKU.WS-in məlumatına görə, Mehriban Əliyevanın instaqram hesabında olan paylaşımda deyilir:
"Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!".
Oxşar xəbərlər
Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətindən beş il ötür
Bu gün Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətə başlamasından 5 il ötür. BAKU.WS xatırladır ki, ölkəmizdə 2016-cı ildə keçirilm...