Məhkəməyə çıxarılan Dilan Polat huşunu itirdi
Türkiyəli fenomen Dilan Polat bu gün çıxarıldığı məhkəmədə huşunu itirib.
BAKU.WS xəbər verir ki, bu barədə türkiyəli jurnalist Emrullah Erdinç məlumat yayıb.
O, bildirib ki, ötən ilin noyabrında həbs edilən Engin Polat, Dilan Polat və Sezgin Polat, Banu Parlakın gözəllik mərkəzinə silahlı basqın təşkil etmək cinayəti ilə mühakimə olunduqları işdə bu gün hakim qarşısına çıxıb.
Məhkəmə zalına gətirilən Dilan Polatın vəziyyəti pisləşib. O, günahsız olduğunu bildirib. Polat huşunu itirəndə islah işçiləri həkim çağırıblar.
Məhkəməyə sədrlik edən hakim halı pisləşən və “Aman Allahım, mənim heç bir günahım yoxdur” deyən Dilan Polatın zaldan çıxarılmasını istəyib, lakin vəkillər işə qarışaraq zalda qalmasını təmin ediblər. Digər tərəfdən Engin Polat da məhkəməyə gələn qızı Nilda Polatın ad gününü qeyd edib. Baş verənlərdən sonra Dilan Polat da zaldan çıxarılıb.
Oxşar xəbərlər
Polat cütlüyü hakim qarşısında: Dilan qızını görən kimi ağlamağa başladı - FOTO
Ötən ilin noyabr ayında saxlanılan Dilan və Engin Polat cütlüyü məhkəmə qarşısına çıxarılan zaman duyğusal anlar yaşanıb. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər...