Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri başladı

Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri başladı
Siyasət 126

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri başlayıb.

BAKU.WS “Report”a İranın Azərbaycandakı Səfirliyindən bildirilib.

Səfər İran İslam Respublikası və Azərbaycan Respublikası rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində baş tutur. İranın xarici siyasət idarəsinin rəhbəri Azərbaycanın bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşəcək.

Səfərin əsas məqsədi ikitərəfli münasibətlərdəki son inkişafları və ən vacib regional və beynəlxalq məsələləri müzakirə etmək, fikir mübadiləsi aparmaqdır.

Son xəbərlər