Məcid Musəvi: ABŞ və İsrailin bölgədəki sənaye müəssisələrinə hücum olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqin ABŞ və İsrail ilə əlaqəli sənaye müəssisələrinə hücum edə bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi "X" sosial şəbəkəsində yazıb.
ABŞ və İsrailin hücumlarını şərh edən M.Musəvi bildirib ki, İran daha əvvəl də oxşar təxribatla sınaqdan keçirilib.
Musəvi ABŞ və İsrailin "odla oynadığı"nı qeyd edib:
"ABŞ və İsrail ilə əlaqəli sənaye müəssisələrinin əməkdaşları dərhal iş yerlərini tərk etməlidirlər ki, həyatları təhlükəyə məruz qalmasın".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...