Məcburi köçkünlərlə qayıdış üçün Razılaşma Protokolu imzalanır
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkənin müxtəlif bölgələrində məskunlaşan məcburi köçkünlərin azad olunmuş bölgələrə qayıtması üçün sənədləşmə işlərinə start verilib.
BAKU.WS xəbər verir ki, bu barədə “gununsesi.info”ya hökumətdəki mənbələr deyib.
Məlumata görə, Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinə bununla bağlı təlimat verilib.
Təlimata görə, komitə əvvəlcədən müəyyən edilmiş rayon və kəndlərin sakinləri ilə qayıdışla əlaqədar olaraq İlkin Razılaşma Protokolunu imzalamalıdır.
Artıq belə Protokol Ağdam şəhəri və şəhərə birləşdiriləcək (Çuxurməhlə, Keştazlı, Qarazeynallı, Qullar, Seyidli, Bozpapaqlar, Sarıhaclı, Muradbəyli, Pərioğlullar, Ağdamkənd) kəndlərində daimi qeydiyyatda olan sakinlərin ailə başçıları ilə imzalanıb.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...