MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında iclası keçirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, iclasın gündəliyinə 14 məsələ daxil edilib.
Nazirlər aktual beynəlxalq və regional mövzularla bağlı fikir mübadiləsi aparıblar, MDB çərçivəsində xarici işlər nazirləri arasında koronavirus infeksiyasının yayılmaması ilə əlaqədar humanitar xarakterli əməkdaşlığı müzakirə ediblər.
Bundan başqa, iclasda Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi mövzusuna, tarixin saxtalaşdırılması, nasist cinayətkarların qəhrəmanlaşdırılması cəhdlərini xüsusi diqqət ayrılıb.
MDB ölkələri XİN başçıları hüquq-mühafizə orqanları, hərbi və humanitar-mədəni sahələrdə tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinə istiqamətlənən sənədlər layihəsinə baxıblar.
Bundan əlavə Xarici işlər orqanlarının rəhbərləri beynəlxalq gənclər əməkdaşlığının gücləndirilməsinə, MDB üzvü olan dövlətlərin turizm və idman sahəsində əməkdaşlığının inkişaf etdirilməsinə və yaxın on ildə bu sahələrdə strategiya layihələrinin təsdiqlənməsinə də diqqət yetiriblər.
İclasda MDB çərçivəsində növbəti müddət üçün XİN-lər arasında məsləhətləşmələr Planı təsdiq olunub.
İclasın yekunu olaraq qəbul olunan sənədlər baxılması üçün MDB hökumət başçıları Şurasına (29 may 2020-ci il) və MDB dövlət başçıları Şurasına (16 oktyabr 2020-ci il) təqdim olunub.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib - TAM MƏTN
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibə ve...